Yarış zalına gediş və dönüş üçün nəqliyyat

Əziz iştirakçılar,

Kristal zalınının ərazisinə kənar maşınlar buraxılmır. Odur ki, təşkilat komitəsi tərəfindən gündəlik olaraq Bayraq Meydanının girişindən (Günaydın restoranın yanından) yarış zalına və əksinə iştirakçıların daşınması üçün servis təşkil olunacaq. Servis hər 10 dəqiqədən bir hərəkət edəcək.
28 apreldə 13:30-dan etibarən yarış zalına, 17:00-dan etibarən isə əksinə hərəkət edəcək.
29 aprel-05 may tarixlərində isə 14:00-dan etibarən yarış zalına, 17:00-dan etibarən isə əksinə hərəkət təşkil olunacaq.
06 mayda isə 13:00-dan etibarən yarış zalına, 16:00-dan etibarən isə əksinə hərəkət edəcək.

İştirakçılardan xahiş olunur ki, say çoxluğunu nəzərə alaraq yarışa erkən gəlsinlər.

azAZ